Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı maraqlı təkliflə çıxış edib. Bununla bağlı Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, əmək və əhalinin Sosial müdafiəsi nazirliyinin həyata keçirdiyi özünəməşğulluq proqramının daha məzmunlu və problemsiz şəkildə həyata keçirilməsi, bölgələrin hərtərəfli inkişafı, yerlərdə biznesə marağın artırılması üçün hər bir bölgənin təbiətinə uyğun regional lahiyələr işlənilməlidir. Bu layihələrin hazırlanmasında və icrasında yerli özünüidarəetmə orqanlarının da cəlb edilməsi məqsədəuyğun sayıla bilər. Bunun üçün bələdiyyə müəssisələrinin yaradılmasına müəyyən güzəştlərin tətbiq edilməsi və mövcud müəssisələrin güncündən də istifadə etmək olar.
Onu da əlavə edək ki, bu gün ölkəmiz ərik, gavalı, üzüm və digər meyvə qurularını, hətta meyvə cemlərini xarici ölkələrdən idxal edir. Məhz yaradılacaq bələdiyyə müəssisələrində də bu layihələri həyata keçirmək olar.
Qeyd edək ki, yuxarıda göstərilən təkliflərin icra edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən regional inkişaf layihələrinin icrasına hərtərəfli dəstək verilmişdir, infrastruktur yaradılmışdır.
Belediyye.info